Konfidensiallıq Siyasəti
TELE-SMART istifadəçilərinin fərdi məlumatlarının qorunması bizim üçün ən yüksək prioritetdir.
Tam Qoruma
Fərdi məlumatlarınız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mühafizə olunur.
Gizlilik Zəmanəti
Məlumatlarınız sizin yazılı razılığınız olmadan heç bir üçüncü şəxsə ötürülmür.
Hüquqi Əsas
Siyasətimiz AR Konstitusiyası, "Fərdi məlumatlar haqqında" qanun və beynəlxalq aktlar əsasında hazırlanmışdır.
Sənəd haqqında
Bu sənəddə (bundan sonra "Sənəd") qeyd olunan şərtlər, TELE-SMART saytı ilə (bundan sonra "Biz", "TELE-SMART" və ya "Veb-sayt") Veb-saytın istifadəçisi (bundan sonra "İstifadəçi") arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.
Bu Sənəddə "TELE-SMART" dedikdə, "TELE-SMART" əmtəə nişanının sahibi — "TELE-SMART" Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur.
Bu Sənəddə "İstifadəçi" dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.
Sənədin məqsədi
Biz, sizin Veb-sayta daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə Veb-sayta daxil edilmiş məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi sizə aydın şəkildə izah edə bilməyimiz üçün bu Sənədi tərtib və təsdiq etmişik.
Bu Sənədin hazırlanmasında əsas məqsəd, İstifadəçilərin Veb-saytdan etibarlı şəkildə istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir.
Hüquqi əsaslar
TELE-SMART veb-saytının "Konfidensiallıq Siyasəti" başda ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, "Fərdi məlumatlar haqqında" qanuna, "İnformasiya əldə etmək haqqında" qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.
TELE-SMART veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uyğunlaşdırılması prinsiplərinə əsasən həyata keçirilir.
Fərdi məlumatların mühafizəsi
İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə olunur.
İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar — adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar — "Fərdi məlumatlar haqqında" qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur.
Hüquq-mühafizə orqanlarına məlumat
Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan belə orqanlara təqdim edilə bilər.
Xarici veb-saytlar
Nəzərinizə çatdırırıq ki, Veb-saytımızda digər veb-saytlara, internet platformalara keçidlər yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada apardığınız yazışmaların, təqdim etdiyiniz məlumatların konfidensiallığının təmin edilməməsi ehtimalı hər zaman mövcuddur.
İstifadəçinin hüquqları
İstənilən halda siz fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnu özünüzdə saxlayırsınız. Ancaq nəzərə alın ki, Veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz və qeydiyyatdan keçərkən özünüzə aid müxtəlif məlumatlarınızı daxil etməyiniz zəruridir. Əks halda Veb-saytda nəzərdə tutulmuş imkanlardan istifadə etməyiniz qeyri-mümkün olacaqdır.
Siyasətə dəyişikliklər
"TELE-SMART" gələcəkdə istənilən zaman bu "Konfidensiallıq Siyasəti"nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər — məsələn: qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin Veb-saytdan istifadəsinin daha da asanlaşdırılması, müxtəlif kompaniyaların həyata keçirilməsi və s.