"TeleTube" video paylaşım xidməti üçün · Sənəd 25 iyun 2026-cı ildən qüvvədədir
Bu İstifadə Şərtləri "TELESMART" Məhdud Məsuliyyətli Cəmiyyəti ("TELESMART" MMC) tərəfindən İstifadəçilərə "TeleTube" video paylaşım xidmətinin təqdim edildiyi şərtləri müəyyən edir.
"TeleTube" xidmətindən istifadə etməklə bu Şərtləri tam və qeyd-şərtsiz qəbul etmiş hesab olunursunuz.
Şirkət — İstifadəçilərə Xidməti təqdim edən hüquqi şəxs: "TELESMART" Məhdud Məsuliyyətli Cəmiyyəti ("TELESMART" MMC); ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Hovsan qəsəbəsi, BAĞLAR m., Dəniz kənarı küçəsi, AZ1089.
Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq bağlanır. "TeleTube" xidmətindən istifadə İstifadəçinin Şərtləri tam və qeyd-şərtsiz qəbul etdiyini bildirir. İstifadəçi Şərtlərlə razı deyilsə, "TeleTube" xidmətindən istifadə etmək hüququna malik deyil.
Şərtlər Şirkət tərəfindən dəyişdirilə bilər. Dəyişdirilmiş Şərtlər "TeleTube" saytında yerləşdirilir. Dəyişikliklərdən sonra xidmətdən istifadə etməklə İstifadəçi yenilənmiş Şərtləri qəbul edir. Şərtləri ləğv etmək üçün İstifadəçi Hesabını silməli və "TeleTube" xidmətindən istifadəni dayandırmalıdır.
"TeleTube" xidmətindən istifadə etmək üçün İstifadəçi Qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı İstifadəçi aşağıdakı məlumatları təqdim etməlidir:
İstifadəçi özü haqqında həqiqi, dəqiq və tam məlumatlar təqdim etməyi öhdəsinə götürür və Hesabına daxil olmaq üçün istifadə etdiyi şifrənin təhlükəsizliyinə görə müstəqil məsuliyyət daşıyır. İstifadəçi aşağıdakıları öhdəsinə götürür:
Şirkət İstifadəçinin təqdim etdiyi məlumatların doğruluğunu yoxlamaq hüququna malikdir.
"TeleTube" xidmətindən istifadə edərkən İstifadəçi aşağıdakıları etməməyi öhdəsinə götürür:
İstifadəçi bu qaydaları pozduqda, Şirkət xəbərdarlıq göndərmək, müəyyən funksiyaları məhdudlaşdırmaq, müvafiq videonu/şərhi silmək, Hesabı müvəqqəti və ya daimi olaraq blok etmək və ya Hesabı silmək hüququna malikdir.
İstifadəçi "TeleTube" vasitəsilə yüklədiyi hər bir videonun və digər məzmunun qanuni olduğuna, üçüncü şəxslərin müəllif hüquqlarını pozmadığına, virus, zərərli proqram və ya digər zərərli kod ehtiva etmədiyinə görə müstəqil məsuliyyət daşıyır. Şirkət istifadəçilər tərəfindən yüklənən məzmunun məzmununa, dəqiqliyinə və ya qanuniliyinə görə heç bir zəmanət vermir. Müəllif hüquqları pozulduğu bildirilən məzmun Şirkət tərəfindən araşdırılaraq lazım gəldikdə silinə bilər.
"TeleTube" video təsvirlərində və ya şərhlərdə üçüncü tərəf saytlarına keçidlər (linklər) ola bilər. Şirkət bu keçidlərin məzmununa, təhlükəsizliyinə, dəqiqliyinə və ya etibarlılığına görə heç bir məsuliyyət daşımır. İstifadəçi üçüncü tərəf keçidlərinə daxil olmaqla bütün riskləri öz üzərinə götürür. Şirkət üçüncü tərəf saytlarının məxfilik siyasətlərinə və ya istifadə şərtlərinə görə məsuliyyət daşımır.
"TeleTube" istifadəçilərinə öz videolarının müntəzəm backup (ehtiyat nüsxə) ini özləri saxlamaları tövsiyə olunur. Şirkət texniki nasazlıqlar, təhlükəsizlik pozuntuları və ya digər səbəblərdən məlumatların itirilməsi, silinməsi və ya zədələnməsi halında məsuliyyət daşımır və məlumatların bərpası xidməti göstərmək öhdəliyini daşımır.
Şirkət aşağıdakı hallarda "TeleTube" xidmətinin göstərilməməsinə görə məsuliyyət daşımır:
"TeleTube" xidməti, bütün səhv və qüsurları ilə birlikdə, "olduğu kimi" və "mövcud olduğu kimi" təqdim olunur. Şirkət xidmətin İstifadəçinin tələblərini ödəyəcəyinə, fasiləsiz, təhlükəsiz və səhvsiz olacağına, İstifadəçinin gözləntilərinə cavab verəcəyinə və ya hər hansı səhvin düzəldiləcəyinə dair heç bir birbaşa və ya dolayı zəmanət vermir.
Heç bir halda Şirkət "TeleTube" xidmətindən istifadə və ya istifadə edə bilməmə nəticəsində yaranan birbaşa və ya dolayı zərərlərə, itirilmiş gəlir və ya mənfəətə, məlumatların itirilməsinə, biznesin dayandırılmasına, reputasiya zərərinə və ya digər hər hansı maddi və ya qeyri-maddi zərərlərə görə məsuliyyət daşımır. Bəzi yurisdiksiyalarda məhdud məsuliyyətə icazə verilmədiyi üçün bu məhdudiyyətlər bütün hallarda tətbiq olunmaya bilər; lakin Azərbaycan Respublikasının qanunvericiliyinin icazə verdiyi maksimum həddə qədər tətbiq olunur.
İstifadəçi "TeleTube" xidmətindən istifadə etməklə, Şərtləri, qanunvericiliyi və ya üçüncü şəxslərin hüquqlarını pozduqda, yaxud yüklədiyi videolar və ya digər məzmun zərər vurduqda, Şirkəti, onun əməkdaşlarını, direktorlarını və tərəfdaşlarını hər hansı iddia, tələb, zərər, xərc və məhkəmə xərclərindən təmizləməyi (kompensasiya etməyi) öhdəsinə götürür.
İstifadəçi "TeleTube" xidmətindən istifadə etməklə, yüklədiyi bütün videoların, təsvirlərin və digər məlumatların qanuni olduğunu, üçüncü şəxslərin hüquqlarını (o cümlədən müəllif hüquqlarını) pozmadığını, qüvvədə olan qanunvericiliyə uyğun olduğunu və zərərli proqram, virus və ya digər zərərli kodlar ehtiva etmədiyini təsdiq və zəmanət verir. İstifadəçi xidmətdən istifadə nəticəsində yaranan bütün xərcləri, cərimələri, məhkəmə xərclərini və hüquqi xidmət haqlarını ödəməyi öhdəsinə götürür.
Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir. Bu Şərtlərdən yaranan bütün mübahisələr Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilir. İstifadəçi bu Şərtləri qəbul etməklə, Azərbaycan Respublikasının yurisdiksiyasına könüllü şəkildə tabe olur.
Bu Şərtlərin hər hansı bir müddəası səlahiyyətli məhkəmə tərəfindən etibarsız və ya icra edilə bilməz hesab edilərsə, həmin müddəa mümkün olan maksimum dərəcədə icra ediləcək şəkildə dəyişdirilir və ya xaric edilir. Müddəanın etibarsız sayılması Şərtlərin qalan hissəsinin etibarlılığına təsir göstərmir.
"TeleTube" istifadəçilərə video yükləmək və izləmək imkanı verir. Yüklənən videoların maksimum həcmi və saxlama tutumu Şirkət tərəfindən müəyyən edilir və vaxtaşırı dəyişdirilə bilər. İstifadəçi yüklədiyi videoların məzmununa görə müstəqil məsuliyyət daşıyır. Qanunsuz, zərərli və ya müəllif hüquqlarını pozan videolar yükləmək qadağandır. Şirkət saxlama tutumunu vaxtaşırı yeniləmək və məhdudlaşdırmaq hüququna malikdir.
İstifadəçi istənilən vaxt öz Hesabını silmək hüququna malikdir. Hesabın silinməsi üçün İstifadəçi telesmart@tmail.com ünvanına e-poçt göndərməklə, ya da WhatsApp və ya Telegram vasitəsilə Şirkətə müraciət etməlidir.
Hesab silindikdə bütün videolar, qovluqlar, şərhlər və parametrlər silinir; məlumatların backup nüsxələri 30 gün ərzində saxlanılır, sonra tam silinir.
Şirkət İstifadəçi Şərtləri və ya qanunvericiliyi pozduqda, yaxud Hesab 12 ay ərzində istifadə edilmədikdə (inaktivlik), Hesabı silmək hüququna malikdir.
| E-poçt | telesmart@tmail.com |
| +994 70 440 55 85 | |
| Telegram | @telesmart2 |
| Poçt ünvanı | Azərbaycan Respublikası, Bakı şəhəri, Hovsan qəsəbəsi, BAĞLAR m., Dəniz kənarı küçəsi, AZ1089 |
Bu Şərtlər Şirkət tərəfindən vaxtaşırı yenilənə bilər. Bu Şərtlər əvəzsiz müqavilə əsasında təqdim olunur, buna görə istehlakçı hüquqlarının müdafiəsi haqqında normalar tətbiq edilmir. Bu Şərtlər Azərbaycan dilində tərtib edilmişdir. Mübahisə yaranarsa, Azərbaycan dilindəki versiya üstünlük təşkil edir.
TELESMART MMC · "TeleTube" video paylaşım xidməti